26 may 2025 01:10
82

Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qoşulub

Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayraqqaldırma aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Torontodakı baş konsulluğu məlumat yayıb.

"Azərbaycan – Kanada icması ilə birlikdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü Kanadalı Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil edilmiş bayraqqaldırma aksiyası ilə qeyd etdik", – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.

Tədbirdə Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş da iştirak edib.