“Mançester Yunayted” üç futbolçu ilə yollarını ayırıb.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçilər Viktor Lindelyof, Conni Evans və yarımmüdafiəçi Kristian Eriksenlə başa çatan müqavilə uzadılmayıb.
Hər 3 oyunçu ötən gün İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Aston Villa” ilə matçda (2:0) komandanın heyətində sonuncu oyunda meydana çıxıblar. Erksen “qırmızı şeytanlar”ın 2-ci qolunun müəllifi olub.
Qeyd edək ki, Lindelyof 2017-ci, Eriksen 2022-ci, Evans isə 2023-dü ildən "Mançester YUnayted"də çıxış edirdi.