26 may 2025 19:00
167

Prezidentin əfv Sərəncamı Naxçıvanda bir məhkuma şamil edilib

Mayın 26-da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Naxçıvan Muxtar Respublikasında da icra olunub. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən bir nəfər məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

“İki sahil” xəbər verir ki,  Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Sərəncamın əhəmiyyətinə toxunaraq bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası və gələcək azad həyatlarını islaholunmuş şəkildə qurması üçün mütəmadi tədbirlər icra olunur.

Tədbirdə cəza müddəti azaldılan Fərdi İbrahimli də iştirak edib. Bu tədbir vətəndaşın azad həyata uyğunlaşmasına və məşğulluğunun təminatına imkan yaradacaq.