29 may 2025 08:26
152

Laçın sakini: Bu torpaq mənim gəncliyim, həyatım, yaddaşımdır

Bu torpaq mənim gəncliyim, həyatım, yaddaşımdır. Kəndimə yenidən qayıtmaq mənim üçün ömrümün ən möhtəşəm anıdır. Bu günləri görmək üçün illərlə dua etmişəm.

“İki sahil” xəbər verir ki, bu sözləri bu gün Laçın rayonunun Bəylik kəndinə köç edən Muradxan Həsənov deyib.

“Bəylik kəndində keçirdiyim illər gözümün önündən film kimi keçir. Dağlar, yaylaq yolu, kəndimizin hər bucağı – hamısı bu torpağın ruhudur. Uzun illər ayrı düşsək də, içimdə bir gün mütləq qayıdacağımıza dair ümid sönmədi. O gün bu gündür”, – deyə Muradxan Həsənov bildirib.

O vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqların azad olunması xalqımızın tarixinə qızıl hərflərlə yazıldı: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən bu yurdun dirçələcəyinə, yenidən canlanacağına bütün qəlbimlə inanıram”.