27 may 2025 10:45
150

Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası üçün 44,7 min manat vəsait xərclənib  

Ötən il dövlət büdcəsindən Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı xərclər üçün 44,7 min manat vəsait istifadə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün ümumilikdə 21,6 milyon manat məbləğində vəsait xərclənib.