29 may 2025 00:55
179

Umerov: Ukrayna Rusiyaya atəşkəslə bağlı mövqeyini əks etdirən sənədi göndərib

Ukraynanın mövqeyini əks etdirən sənədi Rusiya nümayəndə heyətinin rəhbərinə verdim.

“İki sahil” xəbər verir ki, bu barədə müdafiə naziri, danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov sosial şəbəkə hesabında yazıb.

Umerov qeyd edib ki, sənəd Ukraynanın atəşkəslə bağlı mövqeyinə aiddir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti İstanbulda danışıqların ikinci raundu zamanı Ukrayna nümayəndə heyətinə memorandum təqdim etməyə hazırdır.

Ukrayna ilə danışıqların ikinci mərhələsi iyunun 2-də İstanbulda keçiriləcək.