27 may 2025 11:52
120

Son dörd ayda sığortaolunanların sayında 46 minə yaxın artım olub

Bu ilin yanvar-aprel ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 45 min 790 nəfər və ya 0,89 faiz artıb.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, bu il mayın 1-nə qədər uçota alınmış sığortaolunanların sayı 5 milyon 209 min 380 nəfər təşkil edib.