27 may 2025 11:28
117

Yazıların yalnız 25%-i tərcümə materialı olaсaq - MÜSABİQƏDƏ YENİ TƏLƏB

“Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır”.

“İki sahil” xəbər verir ki, bunu APA-ya müsahibəsində  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə.İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb.

“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.