İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsini müvəqqəti icra edən Nuri Aslan barəsində tədqiqat başladılıb.
“İki sahil” xəbər verir ki, istintaq N.Aslanın məhkəmə binasında mühafizəçiləri hədələməsi səbəbilə “Vəzifədən yayındırmaq məqsədilə müqavimət göstərmək” maddəsi üzrə başlanılıb.
Xatırladaq ki, Nuri Aslan bu il martın 26-da Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olaraq “korrupsiya” ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun yerinə İBB sədrinin vəkili (müvəqqəti icraçı) seçilib. Bununla bağlı seçki bələdiyyə məclisinin 314 üzvünün səsverməsi ilə keçirilib ki, onların arasında CHP-lilər çoxluq təşkil edib.