Rusiya müharibənin 1189-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 59 856 PUA-sı, 607 zenit-raket kompleksi, 23 607 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 314 artilleriya və minaatanı, 36 044 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.