28 may 2025 12:06
177

"Araz-Naxçıvan" iki futbolçu ilə müqavilə müddətini uzadıb

“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də Naxçıvan klubunun formasını geyinəcəklər. Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub. Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.