28 may 2025 15:51
201

Papa XIV Leo atəşkəs çağırışı edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzzada atəşkəsin əldə olunmasının vacibliyini bildirib.

“İki sahil” xəbər verir ki, Roma Papası Müqəddəs Pyotr Meydanına toplaşan insanlar qarşısında çıxışında Yaxın Şərqdə tez bir zamanda sülhə nail olunmasına, eləcə də atəşkəs və humanitar qanunlara əməl edilməsinə çağırış edib. “Atəşkəs təmin edilməli, bütün girovlar azad olunmalı, humanitar qanunlara tam əməl edilməlidir”, - deyə Papa XIV Leo bildirib.