28 may 2025 15:53
199

Şalva Papuaşvili: Trampın əsas məqsədi ABŞ-də "dərin dövlət"i məğlub etməkdir

ABŞ prezidenti Donald Trampın siyasi hədəfləri Gürcüstanın baxışı ilə tam üst-üstə düşür.

“İki sahil” xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib. “Trampın əsas məqsədi ABŞ-də "dərin dövlət"i məğlub etməkdir və biz bu baxımdan onun pərəstişkarlarıyıq. "Dərin dövlət" zəiflədikcə Gürcüstan-Amerika münasibətləri daha da möhkəmlənəcək”, – deyə Papuaşvili vurğulayıb. O, həmçinin qeyd edib ki, Trampın Gürcüstan Prezidenti Mixail Kavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik etməsi iki ölkə arasında münasibətlərin inkişafı üçün pozitiv siqnaldır.

Qeyd edək ki, Donald Tramp Gürcüstan hökuməti ilə dinc və məhsuldar münasibətlərin möhkəmləndirilməsinə sadiq olduğunu bildirib.