29 may 2025 11:27
184

Bakı Enerji Həftəsində vacib sənədlərin imzalanması gözlənilir

Bakı Enerji Həftəsi çərçivəsində bərpaolunan enerji və neft-qaz hasilatı sahəsində kəşfiyyata dair bir sıra vacib sənədlərin imzalanması gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tədbir çərçivəsində SOCAR-ın stendində şirkətin dekarbonizasiya sahəsində həyata keçirdiyi layihələr təqdim olunacaq: “Bundan əlavə, bərpaolunan enerji istiqamətində və COP29 çərçivəsində SOCAR tərəfindən imzalanmış sənədlər haqqında da ətraflı məlumat veriləcək.

Həmçinin Bakı Enerji Həftəsində bərpaolunan enerji və neft-qaz hasilatı sahəsində kəşfiyyata dair bir neçə önəmli sənədin imzalanacağı gözlənilir. Hazırda bu sənədlərlə bağlı əlavə məlumat verə bilməsəm də, yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”.