Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
“İki sahil” xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
Bildirilib ki, tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini müzakirə ediblər.
"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastruktur və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov yazıb.
Çexiyanın nazir müavini: WUF13 müxtəlif regionlar və mənzil yanaşmaları arasında balans tapmaq üçün ideal platformadır
Kolumbiyalı mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün qlobal əməkdaşlıq platformasıdır