Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün böyük potensial var.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında illik ticarətin dəyəri 20-30 milyon ABŞ dolları civarında olsa da, bu rəqəmi 2 milyard ABŞ dollarına qədər artırmaq hədəflənir.
"Azərbaycan həm də Türkiyə ilə illik ticarətinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Bu da o deməkdir ki, iki qardaş dövlət olan Türkiyə və Pakistanla illik ticarətin dəyərinin 17 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır”, - deyə deputat qeyd edib.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir