Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri üzrə İşçi qrupun iclası keçirilir.
“İki sahil” xəbər verir ki, iclasa sədrliyi İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov edir.
İclasda enerji infrastrukturunun qurulması, qazlaşdırılma prosesi, ötürücü və paylayıcı şəbəkə üzrə görülən işlər, yarımstansiyaların tikilməsi və sair məsələlər müzakirə olunur.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək