Cari ilin ilk dörd ayında azad olunmuş ərazilərdə qaz istehlakı 4,7 mln. kubmetr təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azəriqaz" İstehsalat Birliyinin rəhbərinin birinci müavini Nail Abdullayev deyib.
Onun sözlərinə görə, hesabat dövründə əhali sektoru üzrə qaz istehlakı 2,5 mln.kubmetr, qeyri-əhali üzrə isə 2,2 mln. kubmetr olub.
Nail Abdullayev onu da qeyd edib ki, ötən il region üzrə qaz istehlakı 5,2 mln. kubmetr təşkil edib, bunun da 2,9 mln. kubmetri əhali, 2,3 mln. kubmetri isə qeyri-əhali istehlak qrupunun payıma düşüb.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək