Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
Onun sözlərinə görə, Qarabağa qayıdan seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmamasına çalışmaq lazımdır:
"Seçki məntəqələri ilə bağlı daimi ünvan verilməsi nəzarətdə saxlanmalıdır. Qarabağa köçən sakinlərin sayı siyahıda səhvlik etməyimizə əsas vermir. Biz azad olunmuş ərazilərə köçən şəxslərin adının həm buradakı, həm də oradakı siyahıda olmamasına çalışmalıyıq. Çünki həmin ərazilərdə seçki məntəqələrini də tam bərpa edə bilərik".
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir