31 may 2025 13:26
203

Azərbaycan bu il meyvə-tərəvəz ixracından 207 milyon dollara yaxın gəlir əldə edib 

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 206 milyon 682,37 min ABŞ dolları dəyərində 175 min 321,83 ton meyvə və tərəvəz ixrac edilib.

“İki sahil” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,1 dəfə, həcmi isə 17,2 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 21,75 % təşkil edir.

Apreldə isə ölkədən 53 milyon 700,87 min ABŞ dolları məbləğində 43 min 374,13 ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 12,4 % və 13,8 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 950 milyon 86,59 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.

Bu ilin 4 ayında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.