31 may 2025 15:24
216

Azərbaycanda araq istehsalı 15%-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 461,2 min dekalitr araq istehsal edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayb.

Məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59 min dekalitr və ya 14,7% çoxdur. Belə ki, ötən ilin eyni dövründə ölkədə 402,2 min dekalitr araq istehsal edilmişdi.

May ayının 1-nə olan məlumata görə, araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 164,6 min dekalitr təşkil edib.

Bəhs olunan dövrdə Azərbaycanda pivə istehsalı isə 1,206 milyon dekalitr olub. Bu, bir il əvvələ nisbətən 151 min dekalitr və 11,1% azdır. 2024-cü ilin ilk 4 ayında ölkədə 1,357 milyon dekalitr pivə istehsal olunmuşdu.

Bu ilin mayın 1-nə olan məlumata görə, pivə istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 274,7 min dekalitr təşkil edib.

Qeyd edək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi əsasən mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.