Parisin tarixi məhəlləsində Holokost qurbanlarının xatirə abidəsi, üç sinaqoq və bir restoran yaşıl rənglə boyanıb.
“İki sahil” xəbər verir ki, bu barədə RTL radiostansiyası polisdəki mənbəyə istinadən bildirib.
"Paytaxtın mərkəzində yerləşən Mare məhəlləsində Holokost memorialı, Belville, Turnel və Aqudas Hakehilos sinaqoqları, eləcə də bir restoran yaşıl rənglə boyanıb", - məlumatda qeyd olunub.
Cinayətkar təhlükəsizlik kameralarına düşüb.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb