Bu gün (1 iyun) Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri nümayəndələrinin iştirakı ilə üzv ölkələr arasında yol və dəmiryol dəhlizlərinin inkişaf etdirilməsi araşdırılıb.
“İki sahil” xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün İƏT-ə üzv ölkələrin ekspertlərinin 13-cü iclası keçirilib. İclasda sərhəd məntəqələrində keçidlərin sadələşdirilməsi, dəniz və hava nəqliyyatı sahələrində gələcək proqramlar, nəqliyyat və yükdaşıma sənədlərinin elektron qaydada mübadilə edilməsi üçün rəqəmsallaşma, davamlı, yaşıl, təhlükəsiz, yükdaşımanın inkişaf etdirilməsi, mövcud dəhlizlərin ticarət xarakterli olması və sairə məsələlər araşdırılıb.
Nazirlik rəsmisi deyib ki, 1 və 2 iyunda Tehranda İƏT-ə üzv ölkələrin yol və nəqliyyat nazirlərinin 13-cü iclası keçiriləcək.
Qeyd edək ki, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.
Kolumbiyalı mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün qlobal əməkdaşlıq platformasıdır
WUF13 çərçivəsində “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması" mövzusunda panel təşkil olunub
Anaklaudia Rossbax: Su və sanitariya xidmətləri dayanıqlı şəhərlərin əsasını təşkil edir
WUF13-ün braziliyalı iştirakçısı: Azərbaycan müzakirələr üçün mühüm platforma yaradır