İyunun 1-də Ukrayna Silahlı Qüvvələri Rusiyada hərbi təyyarələrin məhvi üçün xüsusi əməliyyat keçirib. Artıq 40-dan çox təyyarənin vurulduğu qeyd edilir.
“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya hərbi mənbələrdən məlumat verilib.
Bildirilib ki, Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri Ukrayna şəhərlərini bombalayan təyyarələrin məhvi üzərində əməliyyat keçirib.
"Hazırda A-50, Tu-95 və Tu-22 M3 təyyarələri də daxil olmaqla, 40-dan çox təyyarənin məhv edildiyi məlumdur. İlkin olaraq Rusiyanın hərbi bombardıman təyyarələrinə 2 milyard dollardan çox ziyan dəyib”, - deyə məlumatda vurğulanıb.