01 iyun 2025 23:46
171

COVID-19 Hindistanda: Xəstələrin sayı 10 günə 10 dəfədən çox artdı

Hindistanda COVID-19 aktiv xəstələrinin kəskin artımı qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Business Standard" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Hindistanda COVID xəstələrinin ümumi sayı 3395-ə çatıb.

Halbuki ötən həftə ölkədə COVID-19-a yoluxanların sayı 257 nəfər olub. Beləliklə, 10 gündə bu rəqəm 10 dəfədən çox artıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yeni yoluxma hallarının əksəriyyəti yüngül formadadır. Buna baxmayaraq, səlahiyyətlilər vətəndaşları ayıq-sayıq olmağa və ehtiyat tədbirləri görməyə - insanların çox olduğu yerlərdə maska ​​taxmağa, sosial məsafəni qorumağa, əl və otaq gigiyenasına riayət etməyə çağırıb.