02 iyun 2025 16:48
183

Rusiyadan idxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb

Rusiyadan idxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kq qatılaşdırılmış süd məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.