02 iyun 2025 17:49
195

“SOCAR Green”: Bioenerji, yaşıl hidrogen kimi istiqamətlər də nəzərdən keçirilir

“SOCAR Green” sürətlə böyüyür. Biz strategiyamızı milli strategiya ilə birlikdə inkişaf etdiririk.

“İki sahil” xəbər verir ki, bu sözləri “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Enerji sənayesində davamlılıq" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, bioenerji və yaşıl hidrogen şirkətin marağında olan sahələrdəndir.

“Öz hədəflərimizə və milli hədəflərə çatmaqda bizə kömək edə biləcək bütün müxtəlif yaşıl texnologiyalara diqqət yetiririk. Biz yaşıl enerji sahəsində Azərbaycanı milli ekspertiza mərkəzinə çevirmək istəyirik. Bunun üçün müxtəlif texnologiya sahibləri, müxtəlif avadanlıq istehsalçıları, həmçinin yaşıl texnologiya sahəsində milli ekspertiza mərkəzi kimi özümüzü təsdiqləmək üçün müxtəlif təlim təşkilatları ilə işləyirik”, - deyə o qeyd edib.