Azərbaycanda “Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Bu texniki reqlament partlayıcı maddələrə və onların əsasında hazırlanan mallara, habelə onlarla bağlı istehsal, istifadə, saxlama, daşınması (nəqletmə) və istifadəsi proseslərinə dair zəruri tələbləri müəyyən edir, insanların həyatını və (və ya) sağlamlığını, əmlakını, ətraf mühiti qorumaq, istehlakçıları çaşdıran hərəkətlərin qarşısını almaq məqsədi ilə qəbul edilib.
Azərbaycanda partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan partlayıcı maddələr və onların əsasında hazırlanan mallar ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə də uyğun olmalıdır.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
Mərkəzi Bankın strateji addımları reytinq agentliyinin diqqət mərkəzində: Yeni mərhələ başlayır