Ukraynanın energetika nazirinin müavini Mikola Kolisnık iyunun 3-də Bakıda işinə start verən Bakı Enerji Forumunda iştirak edir.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz Ukraynanın təcrübəsini bölüşürük, tərəfdaşlıqlar qururuq, enerji təhlükəsizliyi və dayanıqlı keçid məsələləri üzrə dialoqu inkişaf etdiririk. Ukrayna dünyanın enerji gələcəyinin bir hissəsidir", - səfir yazıb.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək