03 iyun 2025 16:45
165

Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq

2030-cu ilə qədər 6 giqavatdan çox yaşıl enerji istehsal olunacaq ki, bunun da 4 giqavatı ixrac ediləcək.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, yaşıl enerjinin ixracı mərhələli olaraq Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək.

“Son illər yaşıl enerjiyə investisiya yatırırıq. Biz hazırda 4 interkonnektor layihəsinə başlamışıq. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. 2035-ci ildən sonra hidrogen istehsalına başlayacağıq”, - deyə o bildirib.