03 iyun 2025 18:29
154

Azərbaycan “ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetlərini müzakirə edib

“ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti və yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Belə ki, 30-cu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşüb.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin rolu qeyd edilib.

“ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə və dəniz suyunun duzsuzlaşdırılması sahəsində görülən işlər əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.