03 iyun 2025 19:33
161

Kiçik və orta biznesin maliyyəyə çıxışının artırılması müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanq ilə kiçik və orta sahibkarlığın inkişafı və maliyyə resurslarına çıxışının artırılması, sənaye ilə bağlı inkişaf planları müzakirə olunub.

“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, görüşdə, həmçinin Bank tərəfindən hazırlanmış, Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasına dair müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan ADB ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Bank müxtəlif istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir.

Azərbaycanda əlverişli işgüzar mühit, həyata keçirilən iqtisadi layihələr, işğaldan azad olunmuş ərazilərimizdə aparılan iqtisadi reinteqrasiya tədbirləri haqqında məlumat verilib, ADB ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı və Orta Dəhliz üzrə işbirliyi məsələləri nəzərdən keçirilib.