Bakıda “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfrans çərçivəsində "Vahid Sağlamlıq" yanaşması ilə beynəlxalq təşkilatlar, dövlət qurumları, elm və təhsil ocaqları, habelə, beynəlxalq mütəxəssislər bir araya gəliblər.
Tədbirdə qida təhlükəsizliyi sahəsində aktual mövzuların, elmi yanaşmalar və beynəlxalq təcrübələrin müzakirə olunması nəzərdə tutulur.
Xatırladaq ki, hər il iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Cari il Azərbaycanda iyunun 4-də qeyd olunan bu gün “Elm fəaliyyətdədir” ideyasına həsr edilib.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək