04 iyun 2025 12:55
525

Çin rəsmiləri Tramp-Si danışıqlarından ehtiyatlanırlar - "Politico"

Çin hökuməti ABŞ prezidenti Donald Trampın ictimaiyyət qarşısında çıxışı, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən xeyli təəcüblənib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" nəşri  məlumat yayıb.

Bildirilir ki, bu, Çin rəsmilərinin Tramp və Çin lideri Si Çinpin arasında zəng ehtimalından ehtiyatlanmasına səbəb olub.

Nəşrin mənbələri bildirib ki, ABŞ prezidenti cənab Si ilə telefon danışığı ideyası ilə məşğuldur. Bununla belə, Çin hakimiyyəti Donald Trampı gözlənilməz davranışından ehtiyat edir. Hesab edilir ki, bu, Çin lideri üçün reputasiya riskləri yaradır.