İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Bafco Invest” MMC Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən AOSH Expo 2025 sərgisində öz stendi ilə təmsil olunur.
“İki sahil” xəbər verir ki, iştirakçılar tərəfindən maraqla qarşılanan stenddə şirkətin istehsal etdiyi məhsullara dair nümunələr nümayiş etdirilir.
Sərgi 6 iyun tarixinədək davam edəcək.
Qeyd edək ki, “Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu işçi ayaqqabı və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Abdulkadir Uraloğlu: Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək