Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In beynəlxalq məsələlərdə, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya dəstək verəcəyini vəd edib.
“İki sahil”in KCNA-a istinadən verdiyi məlumata görə, o, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu ilə görüşdə deyib.
Şimali Koreya lideri Rusiyanın “ölkənin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin” qorunmasında uğur qazanacağına əminliyini ifadə edib.
Danışıqlar zamanı Kim Çen In və Şoyqu beynəlxalq vəziyyəti və Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
Katib öz növbəsində Koreya xalqının nümayəndələrinin Kursk vilayəti “uğrunda” gedən döyüşlərdə iştirakına görə Rusiya rəhbərliyinin xüsusi minnətdarlığını KXDR liderinə çatdırıb.