2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə - 491,6 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə "İki sahil"ə qurumdan bildirilib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 5,4 % çoxdur. Artım xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları ilə bağlıdır.
Bununla belə, ötən il AMB-nin investisiya portfelinin gəlirliliyi əvvəlki ilə nisbətən 0,23 faiz bəndi azalaraq 4,5 %-ə düşüb.
Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək