05 iyun 2025 13:03
136

Yay aylarında enerji səmərəli soyutma mövzusunda vebinar keçiriləcək

İyunun 10-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Sərin qal, az ödə: Yay aylarında enerji səmərəli soyutma” mövzusunda vebinar keçiriləcək.

“İki sahil” xəbər verir ki, vebinarda Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı tərəfindən yay aylarında məişət və qeyri-yaşayış sahələrində soyutma sistemlərinin düzgün istifadəsi, kondisioner seçimi və istifadəsində enerji səmərəliliyi prinsipləri, təbii ventilyasiya imkanları, izolyasiya tədbirləri və sadə davranış dəyişikliyi ilə enerji istehlakının və xərcinin necə azaldıla biləcəyi barədə ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq.

Onlayn seminarda iştirak etmək istəyənlər 10 iyun tarixində saat 14:30-da Energetika Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.