06 iyun 2025 22:13
127

Səfir Elin Süleymanov GB News kanalına müsahibəsində Vardanyanla bağlı iddialara cavab verib

Britaniyanın çoxsaylı izləyici auditoriyasına sahib olan GB News telekanalına müsahibəsində səfir Elin Süleymanov Ruben Vardanyanın lobbiçiliyini həyata keçirən şəxslərin Azərbaycana qarşı əsassız iddialarının cavabını verib.

“İki sahil” xəbər verir ki, səfir Ruben Vardanyanın separatizmin təşviqi, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin yaradılması, Azərbaycanın rəsmi şəxslərini terrorla hədələmə və digər cinayətlərdə ittiham olunduğunu bildirib. Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın işi ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edib.

Səfir Ruben Vardanyanın işinə dini don geyindirmək istəyənlərin iddialarının əsassız olduğunu qeyd edib, onun həbsxanada kitabxanadan istifadəsinə şərait yaradıldığını vurğulayıb. (AZƏRTAC)