07 iyun 2025 08:15
96

Ukraynanın Xarkov şəhərində bir saat yarım ərzində azı 40 partlayış baş verib

Ukraynanın Xarkov şəhəri hazırda genişmiqyaslı müharibənin bütün dövründə ən güclü hücumu yaşayır.

“İki sahil” xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.

Onun sözlərinə görə, şəhər dronlar tərəfindən kütləvi hücuma məruz qalır.

"Şəhərin mərkəzindəki yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi mənzillər yanır. İlkin məlumata görə, mənzillərdə dağıntılar altında insanlar var. Xarkovda havadan kütləvi birləşmiş hücum bir saatdan çox davam edib. Onlarla partlayış olub. Nəticələrlə bağlı məlumat dəqiqləşdirilir", - mer bildirib.

Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində altı nəfərin xəsarət aldığını bildirib. Onlardan biri körpədir.