ABŞ prezidenti Donald Tramp İranla münaqişədən sonra NATO-nun gələcəyinə dair qərar verəcək.
“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset bildirib.
Onun sözlərinə görə, bəzi müttəfiq ölkələrin ABŞ-a dəstək verməkdən imtina etməsi Vaşinqtonda narazılıq yaradıb. “Prezident vurğulayır ki, əgər sizi dəstəkləmək istəməyən ölkələr varsa, normal ittifaqdan söhbət gedə bilməz. İran əməliyyatı başa çatdıqdan sonra müttəfiqlərlə münasibətlərin necə olacağına özü qərar verəcək”, — deyə o qeyd edib.
Bundan əvvəl Donald Tramp Fransanın paytaxtı Paris tərəfindən ABŞ hərbi yükləri daşıyan təyyarələrin uçuşuna icazə verilməməsini də unutmayacaqlarını bildirmişdi.
Həmçinin Tramp, alyansın fəaliyyətindən narazı qalacağı təqdirdə ABŞ-ın NATO-ya dəstəyini dayandıra biləcəyini də istisna etməyib.