08 iyun 2025 11:32
87

"Bayer" 18 yaşlı hücumçu alır

"Bayer" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Leverkuzen təmsilçisi "Albasete"nin hücumçusu Kristian Kofaneni alır.

"Bayer" 18 yaşlı kamerunlu futbolçunun 5 milyon avroluq sərbəst qalma məbləğini aktivləşdirib. Kofane Almaniya klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayacaq.

Son Sequnda mövsümünün 20 matçında hücumçu 8 qol vurub və 1 məhsuldar ötürmə edib.