08 iyun 2025 12:16
85

Alisson Bekker gələcəyindən danışdı

"Liverpul"un qapıçısı Alisson Bekker klubdakı gələcəyi haqda danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

32 yaşlı braziliyalı "mersisaydlılar"ın onunla müqaviləni uzadacağına inandığını deyib:

"Müqaviləmin bitməsinə bir il qalıb. Amma yəqin ki, klub daha 1 il uzatmaq variantını aktivləşdirəcək. 

Mən əla iş görmək üçün nə qədər gücüm olduğunu düşünürəm. Bu, dünya çempionatının yaxınlaşdığı bir vaxtda karyeramda həlledici məqamdır".

Qeyd edək ki, Alisson geridə qalan mövsüm bütün yarışlarda 35 oyun keçirib.