08 iyun 2025 16:16
106

Hakan Fidan misirli və iordaniyalı həmkarları ilə Qəzzadakı son vəziyyəti müzakirə edib

Xarici işlər naziri Hakan Fidan misirli və iordaniyalı həmkarları ilə Qəzzadakı son vəziyyəti və atəşkəsə nail olmaq səylərini müzakirə edib.

İki sahil” xəbər verir ki, bunu “TRT Haber” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Fidan Misirin xarici işlər naziri Bədir Əbdüləti və İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə telefon danışığı aparıb.

Görüşlərdə Qəzzadakı son vəziyyət və atəşkəsə nail olmaq səyləri müzakirə edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”