08 iyun 2025 21:22
92

Orban: Aİ-nin Rusiyaya qarşı sanksiyaları Macarıstanı və bütün Avropanı məhv edir

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları Macarıstanı və bütün Avropanı məhv edir.

İki sahil”in məlumatına görə, bunu LCI telekanalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

"Sanksiyalar səbəbindən 3 il ərzində 20 milyard avro itirdik. Macarıstan üçün bu, əhəmiyyətli məbləğdir", - Orban əlavə edib.

Macarıstan hökumətinin başçısının sözlərinə görə, Aİ icma üzvlərinin suverenliyinə qəsd edir, lakin eyni zamanda böhranları həll edə bilmir: “Aİ Ukraynadakı münaqişənin həllində zəif iş görür və sanksiyalar siyasəti də uğursuzluğa düçar olur”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”