08 iyun 2025 17:08
108

Tramp etiraz aksiyalarında maska taxmağı qadağan etdi

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki etirazlar fonunda ölkədəki etiraz aksiyalarında maska ​​taxmağın qadağan ediləcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, Ağ Ev lideri bu barədə özünün "Truth Social" platformasında yazıb.

"İndiki andan etibarən etiraz aksiyalarında maskaların taxılmasına icazənin verilməsi dayandırılacaq. Bu insanlar nəyi və niyə gizlədirlər?" , - Tramp paylaşımında bildirib.

Qeyd edək ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) Los-Ancelesdə qeyri-qanuni mühacirləri aşkarlamaq üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrilib.

Ağ Ev nümayəndələri Los-Ancelesdəki etirazları "qanuna qarşı üsyan" kimi qiymətləndiriblər.