08 iyun 2025 17:17
95

Yəməndə məscidə qumbara atıldı: Ölənlər və yaralananlar var

Yəməndə naməlum şəxs insanlar namaz qılarkən məscidə qumbara atıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Mareb Press" məlumat yayıb.

Qeyd edilib ki, ölkənin Əl-Bayda əyalətində baş vermiş hadisə nəticəsində doqquz nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Onun qumbara atdıqdan sonra atəş açdığı bildirilir.

Qeyd olunub ki, insidentin törədildiyi Karn əl-Əsəd kəndi "Ənsar Allah" hərakatından olan husilərin nəzarəti altındadır.