09 iyun 2025 01:05
87

Alman polisinə yeni silah növü veriləcək

Almaniya hakimiyyəti bütün ölkədə polis əməkdaşlarını yeni atıcı elektroşokerlərlə silahlandırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bunu "Berliner Morgenpost" qəzetinə müsahibəsində Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib.

O izah edib ki, bu, bıçaqla silahlanmış cinayətkarlarla daha effektiv mübarizə aparmaq üçün lazımdır.

Nazirin sözlərinə görə, bunun üçün lazımi hüquqi baza hazırlanıb.

Qeyd edək ki, son vaxtlar Almaniyada bıçaqlı hücumlar tez-tez baş verir.