09 iyun 2025 01:22
97

İran ABŞ-ın nüvə sazişi təklifinə yaxın günlərdə cavab verəcək

İran ABŞ-ın Tehranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması təklifinə yaxın günlərdə cavab verəcək.

İki sahil” xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, bunu İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi deyib.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün mayın 23-də Romada danışıqların beşinci raundunu keçiriblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”