09 iyun 2025 01:39
99

“Yle”: Finlandiya müxalifəti müdafiə xərclərinin artırılmasına qarşıdır

Finlandiyanın müxalifət partiyalarının nümayəndələri hökumətin müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq planlarını tənqid ediblər.

İki sahil” xəbər verir ki, bu barədə “Yle” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Finlandiya Yaşılları, Sosial Demokratlar və Mərkəzçilər müdafiə xərclərinin artırılmasından narazıdırlar. Xüsusilə, Yaşıllar fraksiyasının sədri Oras Tinkkinen bildirib ki, bu məsələ bütün siyasi partiyaların iştirakı ilə parlament səviyyəsində müzakirə edilməlidir.

Siyasətçi Finlandiya rəhbərliyinin büdcə xərcləri məsələsində sonrakı hökumətləri belə asanlıqla məhdudlaşdırmasından təəccübləndiyini bildirib. Tinkkinenin sözlərinə görə, müdafiə xərclərinin artırılması barədə qərar kifayət qədər əsaslandırılmayıb və çox tələsik qəbul edilir. O hesab edir ki, sosial təminat sektoru hərbi xərclərin artması səbəbindən zərər çəkə bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”